"Beşiktaş"da yeni müdafiəçi
02.04.2015 - 00:30
"Beşiktaş"da yeni müdafiəçi

“Beşiktaş”ın  avstriyalı müdafiəçi ilə 3 illik müqavilə imzaladığı deyilir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi 27 yaşlı Sebastian Prödlü heyətinə qatmaq üçün Almaniyanın “Verder” klubu ilə  razılığa gəlib.  

 

Yayılan xəbərlərdə o da bildirilir ki, Bremen klubu müdafiəçi ilə müqaviləni uzatmaq istəsə də, futbolçu bunu qəbul etməyib.

 

Qeyd edək ki, Prödl bu mövsüm 18 dəfə formasını geyindiyi “Verder”də 3 qol vurub.  

0