“ShamkirChess2015”: Hər şey hazırdı! - FOTO
15.04.2015 - 09:34
“ShamkirChess2015”: Hər şey hazırdı! - FOTO

Aprelin 16-dan 26-dək mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” superturniri üçün bütün hazırlıq işləri başa çatıb. Apasport.az saytının xəbərinə görə, artıq dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand Şəmkir şəhərindədi. 

Mötəbər yarışda dünyanın aparıcı qrossmeysterləri -  hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar. 

Tədbir Şəmkirdə yerləşən Heydər Əliyev mərkəzində təşkil olunacaq. Super-turniri canlı olaraq www.shamkirchess.az veb səhifəsindən və ya mərkəzdən izləmək olar. Bütün oyunlar Azərbaycan, rus və ingilis dillərində şərh olunacaq. 

"Synergy Group"un təşkilatçılığıyla baş tutan turnirin açılış mərasimi aprelin 16-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Yarışın ilk turu aprelin 17-də saat 15-də start götürəcək. 

 

0