Cavid İmamverdiyevin komandası məşqə çıxmaqdan imtina etdi
17.04.2015 - 09:00
Cavid İmamverdiyevin komandası məşqə çıxmaqdan imtina etdi

Həmyerlimiz Cavid İmamverdiyevin komandası “Elazığspor” maliyyə böhranı yaşayır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq uzun müddətdi maaş almayan futbolçular məşqə çıxmaqdan imtina ediblər.

 

PTT I liqasında “Dənizlispor”la keçiriləcək oyun öncəsi bütün oyunçular sözü bir yerə qoyub rəhbərliyi boykot etmək qərarına gəlib. Komanda üzvləri maaşlarını alana qədər də bu aksiyanı davam etdirəcəklərini vurğulayıblar. Rəhbərlik bir tədbir görməsə, “Dənizlispor”la sabahkı matç baş tutmayacaq və komandaya texniki məğlubiyyət veriləcək.

 

Qeyd edək ki, “Elazığspor”da icarə əsasında çıxış edən Cavid İmamverdiyev baş məşqçi Ümit Özat tərəfindən heyətdən kənarlaşdırılmışdı.

0