[b]"Məşqə gecikirdi, iclasa vaxtında gəlmirdi[/b] - Tərlan Əhmədov
17.04.2015 - 13:25
[b]"Məşqə gecikirdi, iclasa vaxtında gəlmirdi[/b] - Tərlan Əhmədov

“Ramos yanvardan sonra özünü yaxşı aparmırdı. Məşqlərə tez-tez gecikirdi. İclasa da vaxtında gəlmirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Paytaxt təmsilçisi honduraslı yarımmüdafiəçi Luis Ramosla yolları ayırıb. Əhmədovun sözlərinə görə, futbolçunun intizamsızlığa yol verməsi səbəb olub: “Nizam-intizama riayət etməməsi Ramosun oyununa da öz təsirini göstərmişdi. Bunları nəzərə alıb, onun komandadan göndərilməsini istədim. Rəhbərliklə danışdıq və qarşılıqlı razılıq əsasında Ramosun müqaviləsinə xitam verildi. İntizamsız futbolçunu heç bir məşqçi istəməz”.

 

Komandadan gedəcək digər futbolçuların hələ müəyyənləşmədiyini bildirən Əhmədov yayda yeni transferlər edəcəklərini vurğulayıb: “Hələ ki, yola saldığımız futbolçu təkcə Ramosdu. Gedəcək digər futbolçular isə bəlli deyil. Qarşıda çempionat oyunları var. Diqqətimizi buna yönəltmişik. Mövsümün sonunda bilinəcək ki, komandadan başqa kimlər gedəcək. Yayda heyətə yeni futbolçular da qatacağıq. Hansı mövqedə boşluq varsa, onları gücləndirəcəyik. Ancaq çoxlu legioner almaq fikrimiz yoxdu. Təxminən 3 əcnəbi futbolçu gətirməyi planlaşdırırıq. Qalan çatışmazlıqları isə yerlilərlə aradan qaldıracağıq”.  

0