[b]Tanınmış futbolçudan şok etiraf: Xərçəng xəstəliyinə tutulmuşam[/b]
17.04.2015 - 15:58
[b]Tanınmış futbolçudan şok etiraf: Xərçəng xəstəliyinə tutulmuşam[/b]

“Beşiktaş”ın əfsanəvi futbolçusu Paskal Numa şok etirafla diqqət mərkəzinə düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda “survivor” yarışında iştirak edən sabiq hüçumçu keçmişdə xərçəng xəstəliyinə tutulduğunu söyləyib.

 

Yarış zamanı bədənindəki yaraları görən komanda yoldaşları Numadan bunun nəyə görə əmələ gəldiyini soruşublar. O isə hələ “Marsel”də çıxış edərkən xərçəng xəstəliyinə tutulduğunu, yaraların da o dövrdən qaldığını bildirib. Numa həmin dövrdə 8 ay müalicə aldığını, bu xəstəliyə qalib gəldikdən sonra da “Beşiktaş”a keçdiyini vurğulayıb.

 

Qeyd edək ki, Paskal Numa 2000/2001 və 2002/2003 müvsümlərində “Beşiktaş”da çıxış edib və bu klubun əfsanələri arasında göstərilir.

0