"Borussiya" yeni baş məşqçisini rəsmən açıqladı
19.04.2015 - 19:43
"Borussiya" yeni baş məşqçisini rəsmən açıqladı

Dortmundun “Borussiya” klubu yeni baş məşqçisini rəsmi şəkildə mediaya təqdim edib. Apasport.az saytının məlumatına görə, bu əvvəllər “Maynz”ı çalışdıran Tomas Tuxeldi.

 

41 yaşlı mütəxəssis bu ilin iyulundan öz işinə başlayacaq. Müqaviləyə əsasən, almaniyalı, 3 il müddətində “sarı-qaralar”ın çalışdıracaq.  

 

Xatırladaq ki, “Borussiya”nın indiki baş məşqçisi Yurqen Klopp klubdan yayda ayrılacaq. Komandanın son uğursuzluqlarının ardından rəhbərlik onunla vidalaşacaqlarını bildirmişdi.   

0