Dünya çempionatının tarixi açıqlandı
23.04.2015 - 16:22
Dünya çempionatının tarixi açıqlandı

Bu ilin dekabrında keçiriləcək klublararası dünya çempionatının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Yaponiyada təşkil olunacaq turnir dekabrın 10-da start götürəcək.

 

Atın 20-dək davam edəcək yarışda yerli çempion və konfederasiyaların Çempionlar Liqalarının qalibləri iştirak edəcək.

 

Qeyd edək ki, ilk dəfə 2000-ci ildə Braziliyada keçirilən klublararası dünya çempionatı 2016-cı ildə də Yaponiyada təşkil olunacaq. “Gündoğar ölkə” bunadək 2005-08 və 2011-12-ci illərdə də mundiala ev sahibliyi edib.  

0