Benites: Yarımfinalda o komanda ilə qarşılaşmaq istəməzdim
24.04.2015 - 08:41
Benites: Yarımfinalda o komanda ilə qarşılaşmaq istəməzdim

“Güclü komandaya qarşı oynadıq. Mərhələ adlasaq da, işimiz heç də asan olmadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Napoli”nin baş məşqçisi Rafael Benites deyib.

 

Avropa Liqasının ¼ final mərhələsində “Volfsburq”u mübarizədən kənarlaşdıran Neapol təmsilçisi yarımfinala yüksəlib. Benites növbəti rəqiblərinin “Fiorentina” olmamasını istəyir: “Komandanın indiki durumu haqda yalnız pozitiv fikirlər səsləndirmək olar. Həm A Seriyası, həm də Avropa Liqasında iddialıyıq. Yarımfinalda hansı komanda ilə qarşılaşmaq istəyirik? Bu mərhələyə vəsiqə qazanan bütün komandalar güclüdülər və hər birinə hörmətlə yanaşırıq. Ancaq seçim imkanım olsaydı, “Fiorentina” ilə yarımfinalda qarşılaşmaq istəməzdim. Amma finalda onlarla üz-üzə gəlməyimiz əla olardı”.

 

Qeyd edək ki, Benites 2013-cü ildən “Napoli”ni çalışdırır.

 

0