[b]Avropa Liqası yarımfinal oyunlarının hakimləri bəlli oldu[/b]
05.05.2015 - 18:19
[b]Avropa Liqası yarımfinal oyunlarının hakimləri bəlli oldu[/b]

UEFA Avropa Liqası yarımfinalının ilk oyunlarına təyinat almış hakimlər artıq bəllidir. Apasport.az saytının məlumatına görə, İspaniyada baş tutacaq “Sevilya” – “Fiorentina” oyununu Feliks Brixin rəhbərlik etdiyi alman hakimlər briqadası idarə edəcək.

 

“Napoli” ilə “Dnepr” arasında oynanacaq digər yarımfinal görüşü isə norveçli Sveyn Moenə tapşırılıb.

 

Xatırladaq ki, Avropa Liqası yarımfinal mərhələsinin ilk görüşləri mayın 8-i, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0