[b]“Borcumuzun ödəniləcəyinə inanıram”[/b] – Əli Gökdəmir
05.05.2015 - 23:24
[b]“Borcumuzun ödəniləcəyinə inanıram”[/b] – Əli Gökdəmir

“Hazırda Almaniyadayam. Bir az işlərim var idi, ona görə gəlmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”dan ayrılan, milliləşdirilmiş türk əsilli futbolçu Əli Gökdəmir deyib.

 

Növbəti  mövsüm problemlərin həll olunması halında yenidən komandaya qayıtmağa hazır olduğunu bildirən futbolçu, hər şeyin yoluna düşəcəyinə ümidli olduğunu qeyd edib:

 

“Üç ay pulumuzu ala bilmədik. Klubdan da bildirdilər ki, mövsümün sonuna kimi pul olmayacaq, deməli, biz son dörd ayı havayı oynadıq. Artıq orda qalmağımın bir anlamı yox idi”.

 

Əmək haqqını ala bilmədiyi üçün FİFA-ya müraciət edib-etməyəcəyini soruşduğumuz Gökdəmir belə bir fikrinin olmadığını dedi: “FİFA-ya və ya hansısa bir təşkilata şikayət etmək fikrim yoxdur. İnanıram və ümid edirəm ki, növbəti mövsüm hər şey yaxşı olacaq və bizim də borcumuz ödənəcək”.

 

0