[b]“Transfer vərəqəsini ala bilsəm, “Qarabağ”a keçəcəm”[/b]
20.05.2015 - 15:20
[b]“Transfer vərəqəsini ala bilsəm, “Qarabağ”a keçəcəm”[/b]

“Qarabağ”dan mənimlə əlaqə saxlayıblar. Dedilər ki, sənin xidmətində maraqlıyıq, razısansa, mövsüm bitəndən sonra sənədlərini götür, gəl”. Bunu apasport.az saytına “Simurq”un dayaq yarımmüdafiəçisi Vüqar Mustafayev deyib.

 

Mövsümün sonunda Zaqatala klubundan ayrılmaq istəyən 21 yaşlı orta sahə oyunçusu “Qarabağ”la yanaşı, “Neftçi”nin də transfer gündəmindədi. Lakin Mustafayev karyerasını son iki mövsümün çempionunda davam etdirmək arzusundadı.

 

O, ilk növbədə “Simurq”la məsələsini yoluna qoymağa çalışır: “Transfer vərəqəm hələ “Simurq”dadı. Bu klubla müqaviləm 2017-ci ilin yayına qədərdi. Burda da deyirlər ki, vəziyyət düzələcək. Gərək ilk növbədə “Simurq”dan sənədlərimi alım ki, başqa kluba da keçə bilim. “Neftçi”nin də mənimlə maraqlandığını eşitmişəm. Amma onlarla elə ciddi danışıq olmayıb hələ. Hazırda ən real variant “Qarabağ”dı. Orda oynamağı kim istəməz ki? Mən də “Qarabağ”a keçmək istəyərəm. Amma özbaşıma da gedə bilmərəm. Çünki “Simurq”la müqaviləm davam edir”.

 

Qeyd edək ki, Vüqar Mustafayev “Simurq”a ötən il “Bakı”dan keçib.

 

Rəvan ƏKBƏR

0