"Fənərbaxça" öz meydanında darmadağın
21.05.2015 - 23:35
"Fənərbaxça" öz meydanında darmadağın

Türkiyə Kubokunun növbəti yarım final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, İstanbulda “Bursaspor” “Fənərbaxça”nın qonağı olub.

 

Yarm finalın ilk oyununda Bursada keçirilmiş qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan “Fənərbaxça” cütlüyün favoriti hesab olunurdu.

 

Liqada hələ də çempionluq şansı davam edən “Fənərbaxça” kubokda da əzəli rəqibi “Qalatasaray”la qarşılaşmaq istəyirdi.

 

Ancaq Şenol Günəş və yetirmələri “bülbüllər”in bu arzusunu gözündə qoyub.

 

Matç 3:0 hesabı ilə “timsah”ların xeyrinə başa çatıb. Bursalıların qollarına Volkan Şən, Fernandao və Şamil imza atıblar.

 

Bu nəticədən sonra, “Bursaspor” iki gün əvvəl finala çıxmış “Qalatasaray”a rəqib olub.

0