[b]“Qarabağ” iki futbolçu ilə birdən müqavilə bağlayır[/b]
22.05.2015 - 13:52
[b]“Qarabağ” iki futbolçu ilə birdən müqavilə bağlayır[/b]

“İnter”in yarımmüdafiəçisi Coşqun Diniyevin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu gələn mövsümdən “Qarabağ”ın formasını geyinəcək.

 

Məlumatı saytımıza açıqlamasında futbolçunun atası Şahin Diniyev də təsdiqləyib. O bildirib ki, oğlu mövsüm başa çatdıqdan sonra “Qarabağ”la 2 illik müqavilə imzalayacaq: “Amma Coşqun “İnter”in son iki oyununda iştirak edəcək. Yalnız ondan sonra “Qarabağ”la münasibətləri rəsmiləşdirəcək”.

 

20 yaşlı Diniyev artıq “Qarabağ”la münasibətlərini rəsmiləşdirib. Belə ki, artıq Ağdam təmsilçisi ilə futbolçu arasında 2 illik müqavilə imzalanıb.

 

Lakin “Qarabağ” təkcə Diniyevlə güclənməyib. Ağdamlılar “İnter”in daha bir futbolçusu Elvin Məmmədovu da heyətinə qatıb. Əvvəllər də “Qarabağ”da oynamış yarımmüdafiəçi ilə də 2 illik müqavilə bağlanıb.

0