[b]Prosineçki milliyə 25 futbolçu çağırdı[/b]
22.05.2015 - 14:09
[b]Prosineçki milliyə 25 futbolçu çağırdı[/b]

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki iyunun 7-də Avstriyada Serbiya ilə keçirəcəyi yoldaşlıq oyunu və AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Osloda Norveçə qarşı baş tutacaq qarşılaşma üçün heyəti müəyyənləşdirib.

 

Xorvatiyalı mütəxəssis 2 matça 25 oyunçu çağırıb.

 

Prosineçki ilk dəfə “Neftçi”nin üzvlərinə də dəvət göndərib. Bu dəfə onun siyahısında Aqil Məmmədovla Araz Abdullayev yer alıb.

 

Mütəxəssis milliləşən ukraynalı Pavel Paşayevi də qarşıdakı oyunlara dəvət edib. Millidə rəsmi matça çıxmayan Elnur Cəfərov və Elvin Camalov da 25 futbolçudan ibarət siyahıya daxil edilib.

 

Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Emil Balayev (“Ayntraxt”, Frankfurt, Almaniya)

 

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi “İnter”), Ruslan Abışov (“Qəbələ”), Pavel Paşayev (“Metallurq”, Zaporojye, Ukrayna),

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Coşqun Diniyev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “İnter”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Tuğrul Erat (“Fortuna Dusseldorf, Almaniya), Ruslan Qurbanov (“Hayduk”, Split, Xorvatiya), Araz Abdullayev (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

 

Hücumçular: Elnur Cəfərov (“Xəzər Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”), Məhəmməd Qurbanov (“Sumqayıt”)

 

0