[b]Türkiyə klubu azərbaycanlı futbolçularla maraqlanır[/b]
23.05.2015 - 09:59
[b]Türkiyə klubu azərbaycanlı futbolçularla maraqlanır[/b]

Növbəti mövsümdən Türkiyənin PTT I Liqasında çıxış edəcək “Göztəpə” klubu indidən transfer işlərinə başlayıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir təmsilçisi futbolçu axtarışına çıxıb.

 

Baş məşqçi Medin Diyadin həm yerli, həm də əcnəbi oyunçuların adlarının olduğu siyahını klubun prezidenti Mehmet Sepilə təqdim edib. Həmin siyahıda Rusiya, Qazaxıstan və Özbəkistanla yanaşı, Azərbaycandan da bir neçə futbolçunun yer aldığı bildirilir.

 

“Göztəpə”ni Superliqaya qaytarmağı hədəfləyən rəhbərliyin transfer etmək istədiyi azərbaycanlı futbolçuların adları açıqlanmayıb.

 

Məlumatda bildirilir ki, izmirlilər Rusiyanın “Krasnodar” klubunda çıxış edən, vaxtilə Türkiyədə oynamış Cerard Qohu ilə danışığa başlayıblar. 

0