“İnter” ekvadorlu hücumçu ilə danışıqlara başladı
23.05.2015 - 10:28
“İnter” ekvadorlu hücumçu ilə danışıqlara başladı

İtaliyanın “İnter” klubu yayda heyətinə yeni futbolçular qatmağı planlaşdırır. Apasport.az saytı xəbər verir ki, milanlılar “Espanyol”un ekvadorlu hücumçusu Felipe Kaysedo ilə maraqlanırlar.

 

Mövsümün sonunda Mauro İkardinin “İnter”i tərk edəcəyi gözlənilir. Bunu nəzərə alan klub rəhbərliyi hücum xəttində yaranacaq boşluğu məhz Kaysedo ilə doldurmaq niyyətindədi.

 

27 yaşlı forvardla danışıqlara start verilib.

 

Qeyd edək ki, karyerası ərzində “Bazel”, “Mançester Siti”, “Sportinq”, “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva) və “Əl-Cəzirə” klublarında da oynamış Kaysedo “Espanyol”da ötən ildən çıxış edir.

 

 

0