Alvesi Neto əvəz edəcək
25.05.2015 - 00:49
Alvesi Neto əvəz edəcək

“Valensiya”nın qapıçısı Dieqo Alves zədələnib. Apasport.az saytının məlumatına görə, braziliyalı qapıçının vəziyyəti ciddidir.

 

Qarşıdakı 6 ay ərzində oynaması mümkün olmayacaq qolkiper Braziliya milli komandasının heyətində Amerika Kubokunda da iştirak edə bilməyəcək.

 

“Sambaçılar”ın baş məşqçisi Dunqa isə heyətdə yaranmış qapıçı boşluğunu “Fiorentina”nın çərçivə qoruyucusu Neto ilə dolduracaq. Artıq Netoya dəvət göndərilib.

0