[b]“Qarabağ” üçün Latviya çempionu[/b]
25.05.2015 - 09:39
[b]“Qarabağ” üçün Latviya çempionu[/b]

Çempionlar Liqasının 2015/16 mövsümündə çıxış edəcək daha iki klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Danimarka və Kiprdə çempionların müəyyənləşməsi II təsnifat mərhələsində mübarizəyə başlayacağı dəqiqləşənlərin sayını 26-ya çatdırıb.

 

APOEL Kiprdə, “Midtulland” isə Danimarkada qızıl medallara yiyələnib. Bu komandaların hər ikisi püşk zamanı səpələnmişlər arasında olacaq.

 

Eyni səbətdə yer alacaq Azərbaycan çempionu “Qarabağ” isə Kipr və Danimarka çempionları ilə qarşılaşa bilməz. Bu iki komandanın həmin səbətə düşməsindən sonra Latviya təmsilçisi “Ventspils”in taleyinə aydınlıq gəlib.

 

Bir müddətə əvvələdək hansı səbətə düşəcəyi qeyri-müəyyən olan latviyalılar səpələnməmişlər arasında yer alacaq. Beləliklə, “Ventspils” çempionumuza potensial rəqib olub.

 

Artıq “Qarabağ”ın ümumilikdə 17 potensial rəqibinin bilindiyini söyləmək olar. Bunların 11-i II təsnifat mərhələsindən mübarizəyə başlayacaq komandalardı. Lakin I təsnifat mərhələsinin 6 komandası da ağdamlılara rəqib ola bilər.

 

Çempionlar Liqası

 

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra), “Pünik” (Ermənistan)

Səpələnməmişlər

“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), San-Marino çempionu


II təsnifat mərhələsi

Səpələnmişlər

BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “QARABAĞ” (AZƏRBAYCAN), “Videoton” (Macarıstan), APOEL (Kipr), “Midtulland” (Danimarka)

Səpələnməmişlər

“Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya),  “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), Monteneqro çempionları, I təsnifat mərhələsinin 3 qalibi

Qeyri-müəyyənlər

“Skenderbeu” (Albaniya), Rumıniya, Polşa, Bosniya və Herseqovina çempionları, I təsnifat mərhələsinin 1 qalibi

 

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.

 

0