UEFA La Liqanın ən yaxşı 11-ni açıqladı
25.05.2015 - 19:25
UEFA La Liqanın ən yaxşı 11-ni açıqladı

UEFA İspaniya La Liqasının bu mövsümü üçün simvolik heyətini hazırlayıb. Apasport.az saytının nüfuzlu “AS” nəşrinə istinadən verdiyi məlumata görə, heyətə çempion “Barselona”dan 4 futbolçu düşüb.

 

UEFA-nın versiyasına görə simvolik start heyət aşağıdakı futbolçulardan ibarətdi:

 

Qapıçı: Bravo (“Barselona”)

 

Müdafiəçilər: Dani Alves, Pike (hər ikisi “Barselona”), Otamendi, Qaya (hər ikisi “Valensiya”)

 

Yarımmüdafiəçilər: Parexo (“Valensiya”), Xames Rodriges (“Real”), Krikovyak (“Sevilya”)

 

Hücumçular: Ronaldo (“Real”), Messi (“Barselona”), Qrizman (“Atletiko”)

0