Alleqri ilin ən yaxşı məşqçisi oldu
26.05.2015 - 00:25
Alleqri ilin ən yaxşı məşqçisi oldu

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri mükafata layiq görülüb. Apasport.az saytının məlumatına görə, İtaliyada mövsümün ən yaxşı baş məşqçisinə verilən Enzo Beartzod mükafatını bu dəfə Alleqri qazanıb.

 

Xatırladaq ki, 5 ildir təqdim edilən mükafat İtaliya yığması ilə 1982-ci ildə Dünya Çempionu olmuş Enzo Beartzodun adına təsis olunub.

 

“Yuventus”la İtaliyada qızıl dubl edən və Çempionlar Liqasının finalına çıxan Alleqridən əvvəl məlum mükafatı Karlo Ançelotti qazanmışdı.

 

Əvvəlki illərdə isə Çezare Prandelli, Valtaro Mazzari və Vinçense Montella da analoji uğura imza atıblar.

0