[b]Saymon Kleq: Bu, böyük nailiyyətdi[/b]
26.05.2015 - 08:26
[b]Saymon Kleq: Bu, böyük nailiyyətdi[/b]

Bakı-2015 Avropa Oyunlarına daxil olan 20 idman növü üzrə test turnirlərini və sınaq tədbirlərini başa vurub. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, voleybol və basketbolun 3x3 növü üzrə sınaqları yerinə yetirməklə, açılış mərasimində təmsil olunacaq 20 idman növünün hamısı üzrə öz hazırlıq proqramının icrasını başa çatıb.

 

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, idman sınaqları silsiləsinin uğurla başa çatdırılması Oyunların startına bizi bir addım da yaxınlaşdırır: “Birinci Avropa Oyunlarının həyata keçirilməsi BAOƏK və bizim Azərbaycan Hökumətindəki tərəfdaşlarımız üçün böyük nailiyyətdi. Bu oyunlar özündə şəhər miqyaslı hazırlıq işlərini ehtiva edir. Lakin, biz həmişə əsas diqqətimizi idmançıların təəssüratlarına yönəldirik. Sınaq tədbirlərimiz və idman sınaqlarımız bizə imkan verdi ki, “planlaşdır, həyata keçir, icra et, yoxla və təkmilləşdir” nəzəriyyəsi əsasında çıxarılan bəzi mühüm nəticələri öyrənək. Hazırda həmin biliklər nəticəsində Oyunları uğurla həyata keçirmək üçün daha yaxşı mövqeyə malikik”.

 

Bakı-2015-in idman üzrə direktoru Pirs O’Kallahan sözlərinə görə, idman sınaqları silsiləsini bitirməklə Avropa Oyunlarına hazır olduğumuz bir daha təsdiqlənib: “Bakı-2015 bütün idman növləri üzrə bağlı yarış iştirakçılarının uğurlu şəkildə çıxış etmələri üçün bütün məsələlərin həll olunmasını təmin edib. İdman sınaqları bizim həyata keçirdiyimiz altı əsas sınaq tədbirini tamamlayıb. Bunun sayəsində biz Oyunların müddəti ərzində funksional istiqamətlərin bütün növləri üzrə əməliyyatları sınaqdan keçirə bildik. Əsas idman obyektlərində sınaq tədbirlərini tam idman sınaqları silsiləsi ilə birləşdirməklə, biz öz əməli hazırlığımızı ən sərfəli qaydada və tam həcmdə sınaqdan keçirdik”.  

0