[b]Daniel Subotiç və Ruslan Abışov da “Neftçi”yə keçə bilər[/b]
26.05.2015 - 11:13
[b]Daniel Subotiç və Ruslan Abışov da “Neftçi”yə keçə bilər[/b]

Mövsüm başa çatan kimi heyətlə bağlı ciddi islahatlar aparmağa qərar verən “Neftçi” bir neçə futbolçu ilə danışıq aparır. Apasport.az saytının əldə etdiyi məlumata görə, idman direktoru Vəli Qasımovu Almaniyaya göndərən “ağ-qaralar” daxili “bazar”dan da oyunçular almaq istəyir.

 

Ruslan Abışov, Derlis Meza Kolli, Vüqar Mustafayev və Məhəmməd Qurbanovla danışıq aparan paytaxt klubu daha 2 futbolçuya “elçi düşüb”. Bunlar “İnter”in digər üzvü, Derlisin qardaşı Sezar Meza Kolli və “Qəbələ”nin keçmiş hücumçusu, hazırda karyerasını Küveytin “Qadsia” klubunda davam etdirən Daniel Subotiçdi.

 

Baş məşqçi Arif Əsədov rəhbərliklə söhbətində bu futbolçuların alınacağı halda, növbəti mövsümdə komandanın çempionluğa oynaya biləcəyini deyib.

 

“Neftçi”yə keçmək şansı yüksək olan Ruslan Abışov və Derlis Meza Kollidən fərqli, Sezar Meza Kolli və Daniel Subotiçin keçidinin baş tutub-tutmayacağı sual doğurur.

 

Qeyd edək ki, 3 futbolçu ilə yolları ayıran “Neftçi”nin kubokun final görüşündən sonra daha bir neçə oyunçuya “qapını” göstərəcəyi gözlənilir.

 

 

 

0