Emil Balayev oynadı, komandası 12 qol vurdu
27.05.2015 - 09:27
Emil Balayev oynadı, komandası 12 qol vurdu

Millimizin üzvü Emil Balayevin komandası “Ayntraxt” yoldaşlıq oyunu keçirib. Apasport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Frankfurt təmsilçisi həvəskarlar liqasında çıxış edən "Volkartşayn Velsberq"lə qarşılaşıb.

 

2000 azarkeşin izlədiyi görüş gözlənildiyi kimi, “Ayntraxt”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 12:1. Baş məşqçi Tomas Şaaf komandanı tərk etdiyindən, frankfurtluları bu oyuna köməkçi-məşqçi Volfqanq Rolf çıxarıb.  

 

“Ayntraxt” hər hissəyə fərqli heyətlə çıxıb. İlk “11-lik”də yer almayan Balayevi məşqçilər heyəti fasilədə meydana buraxıb. O, oyuna girəndə komandası 8:1 hesabı ilə öndə olub.

 

 

 

0