[b]Bakı-2015: Məşəl Kürdəmirdən Ağsuya aparıldı[/b]
27.05.2015 - 17:27
[b]Bakı-2015: Məşəl Kürdəmirdən Ağsuya aparıldı[/b]

Birinci Avropa Oyunlarının məşəli Qəbələdən sonra bu gün Kürdəmir rayonuna gətirilib. APA-nın yerli bürosunun məlumatına görə, məşəl yürüşünə saat 15:00 radələrində Bakı prospektindəki Heydər Əliyevin adını daşıyan parkın qarşısında start verilib.

 

Burada məşəli əməkdar bədən tərbiyə və idman xadimi, yunan – roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat bürünc mükafatçısı Əlsahab Əlabbasov qəbul edib.

 

Bakı–2015-in rəmzini daşımaq üçün 10 gənc estafetə qoşulub. Onlar məşəli 2,6 kilometr məsafədə bir-birinə ötürməklə, şəhərin Bakı və Heydər Əliyev prospektindən keçib və məşəlin qarşılanma mərasimini rayon icra hakimiyyətinin qarşısında tamamlayıblar.

 

Sonra məşəli Uşaq Gənclər İdman məktəbinin direktoru Samir Şükürov qəbul edib və çırağı alovlandırıb. Daha sonra yarışın simvolu sayılan çıraq Heydər Əliyev mərkəzinə təhvil verilib. Bakı–2015-in rəmzi olan çıraq Avropa oyunlarının sonuna kimi Heydər Əliyev mərkəzində saxlanılacaq.

 

Qeyd edək ki, Məşəl Kürdəmirdən sonra Ağsu rayonuna aparılıb.

0