[b]Ölkə çempionatlarında ilk dəfə[/b] - STATİSTİKA
28.05.2015 - 22:36
[b]Ölkə çempionatlarında ilk dəfə[/b] - STATİSTİKA

Topaz Premyer Liqasının 2014/15 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 23-cü Azərbaycan çempionatının mükafatçılarının tam siyahısı sonuncu – XXXVI turda müəyyənləşib.

 

Qızıl və gümüş medallar sona 2 tur qalmış sahibini tapsa da, bürünc mükafatçının adına son oyunlar aydınlıq gətirib. “Qəbələ” ötən mövsüm olduğu kimi yenə 3-cü olub, tarixində 2-ci dəfə çempionatın mükafatını qazanıb.

 

“Qarabağ”ın çempion, “İnter”in gümüş mükafatçı olmasının ardından “Qəbələ”nin də 3-cü olması ilə Azərbaycan çempionatları tarixində ilk qeydə alınıb. Belə ki, 23 illik çempionatlar tarixində ilk dəfə “üçlük” ardıcıl iki mövsüm dəyişməz qalıb.

 

İndiyədək görünməmiş bu hal 1 dəfə - 2010/11 və 2011/12 mövsümlərində qeydə alınmağa yaxın olsa da, qızıl və gümüşdən fərqli, bürüncün sahibi dəyişmişdi.

 

“Qəbələ”yədək “Turan”, “Neftçi”, “Qarabağ” və “İnter” də ardıcıl 2 bürünc qazana bilib. Maraqlıdı ki, son 6 mövsümdə 3 klub ardıcıl 2 bürünc əldə edir. Əvvəl “Qarabağ”, sonra “İnter”, indi isə “Qəbələ” 3-cü yeri ardıcıl 2 dəfə əldə edir.

 

 

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” Bakı

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993

“Qarabağ” Ağdam

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993/94

“Turan” Tovuz

“Qarabağ” Ağdam

“Kəpəz” Gəncə

1994/95

“Kəpəz” Gəncə

“Turan” Tovuz

“Neftçi” Bakı

1995/96

“Neftçi” Bakı

“Xəzri” Buzovna

“Kəpəz” Gəncə

1996/97

“Neftçi” Bakı

“Qarabağ” Ağdam

“Xəzri” Buzovna

1997/98

“Kəpəz” Gəncə

“Dinamo” Bakı

“Şəmkir”

1998/99

“Kəpəz” Gəncə

“Şəmkir”

“Neftçi” Bakı

1999/2000

“Şəmkir”

“Kəpəz” Gəncə

“Neftçi” Bakı

2000/01

“Şəmkir”

“Neftçi” Bakı

“Viləş” Masallı

2001/02

yarımçıq qalıb

 

 

2003/04

“Neftçi” Bakı

“Şəmkir”

“Qarabağ” Ağdam

2004/05

“Neftçi” Bakı

“Xəzər-Lənkəran”

“Karvan” Yevlax

2005/06

“Bakı”

“Karvan” Yevlax

“Neftçi” Bakı

2006/07

“Xəzər-Lənkəran”

“Neftçi” Bakı

“Bakı”

2007/08

“İnter” Bakı

“Olimpik” Bakı

“Neftçi” Bakı

2008/09

“Bakı”

“İnter” Bakı

"Simurq" Zaqatala

 2009/10

“İnter” Bakı

“Bakı”

 "Qarabağ" Ağdam

2010/11

“Neftçi” Bakı

“Xəzər-Lənkəran”

 "Qarabağ" Ağdam

2011/12

“Neftçi” Bakı

“Xəzər-Lənkəran”

“İnter” Bakı

2012/13

“Neftçi” Bakı

 "Qarabağ" Ağdam

“İnter” Bakı

2013/14

 "Qarabağ" Ağdam

“İnter” Bakı

"Qəbələ"

2014/15

 "Qarabağ" Ağdam

“İnter” Bakı

"Qəbələ"

 

Ümumilikdə isə indiyədək 15 komanda ölkə çempionatlarında medalçılar sırasına düşüb. Mükafat sıralamasında 1-ci yerdə “Neftçi” qərarlaşıb.

 

 

yer

klub

qızıl

gümüş

bürünc

1

Neftçi (Bakı)

8

2

5

2

Qarabağ (Ağdam)

3

2

3

3

Kəpəz (Gəncə)

3

1

2

4

İnter (Bakı)

2

3

2

5-6

Bakı

2

2

1

 

Şəmkir

2

2

1

7

Turan (Tovuz)

1

1

2

8

Xəzər Lənkəran

1

4

0

9

Xəzər (Sumqayıt)

0

2

0

10-11

Xəzri (Bakı)

0

1

1

 

Karvan (Yevlax)

0

1

1

12

Olimpik (Bakı)

0

1

0

13-15

Qəbələ

0

0

1

 

Simurq (Zaqatala)

0

0

1

 

Viləş (Masallı)

0

0

1

0