[b]“Norveç yığmasına dəvət alacağımı gözləyirdim”[/b] – Adama Diomande
29.05.2015 - 09:46
[b]“Norveç yığmasına dəvət alacağımı gözləyirdim”[/b] – Adama Diomande

“Norveç millisində oynamaq mənim üçün şərəfdi. Norveç pasportum var və bu səbəbdən özümü həm də norveçli sayıram. Bu yığmada çıxış etmək karyerama da müsbət təsir göstərəcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç mətbuatına açıqlamasında “Stabek” klubunun hücumçusu Adama Diomande deyib.

 

Fil Dişi Sahilindən olan Diomande milliləşdirilərək, Norveç yığmasına çağırılıb. O, skandinaviyalıların AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay yığmamızla keçirəcəyi görüşə dəvət alıb.

 

Bundan məmnun olduğunu bildirən Diomande Norveç yığmasına faydalı olmağa çalışacağını qeyd edib: “Norveç millisinə dəvət aldığımı eşidəndə sevindim. Mən bunu gözləyirdim. Norveç yığmasına qarşıdakı oyunlarda faydalı olmaq üçün əlimdən gələni edəcəm”.

 

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu iyunun 12-də Oslo şəhərində keçiriləcək.

 

0