Fatih Terim “Napoli”ni çalışdıra bilər
29.05.2015 - 16:50
Fatih Terim “Napoli”ni çalışdıra bilər

Fatih Terim Türkiyə yığmasının baş məşqçisi postundan ayrıla bilər. Apasport.az saytı xəbər verir ki, təcrübəli çalışdırıcının İtaliyada işləmək variantı yaranıb.

 

Belə ki, “Napoli” rəhbərliyi mövsümün sonunda gedəcəyini açıqlayan Rafael Benitesin əvəzinə məhz Terimi baş məşqçi postunda görmək istəyir. Türkiyəli məşqçi ilə danışıqlara start verilib. Terim italyanlara cavabını hələ ki, verməyib.

 

Qeyd edək ki, Benitesin tezliklə Madrid “Real”ının sükanı arxasına keçəcəyi gözlənilir. 

0