“Həyat yoldaşım dedi ki, əvvəlcə səni, sonra da onu öldürərəm”
29.05.2015 - 20:49
“Həyat yoldaşım dedi ki, əvvəlcə səni, sonra da onu öldürərəm”

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Çempionlar Liqasının finalı haqqında danışarkən maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşlarından bəziləri belə təklif edib ki, əgər finalda “Yuventus”a qalib gəlsələr saçlarını keçəl qırxdırsınlar.

 

Ancaq deyəsən bu hərəkət Rakitiçə baha başa gələ bilər:

 

“Həyat yoldaşım artıq mənə xəbərdarlıq edib. O, dedi ki, əgər belə hal baş versə, əvvəlcə məni, sonra da bunu edəni öldürər”.

 

Xatırladaq ki, “Barselona” ilə “Bavariya” arasındakı final görüşü iyunun 6-da Berlində baş tutacaq.

0