[b]Bakı-2015: Daha 10 dəst medalçı məlum oldu[/b]
24.06.2015 - 20:02
[b]Bakı-2015: Daha 10 dəst medalçı məlum oldu[/b]

Bakı-2015 I Avropa Oyunlarının XIII günündə 10 dəst medalın sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, dünən olduğu kimi, bu dəfə də iki idman növü üzrə yarışların mükafatçıları müəyyənləşib.

 

Bunlar qılıncoynatma və üzgüçülükdü. 10 dəst medalın isə 8-si üzgüçülükdə olub.

 

Azərbaycan millisi günü 1 medalla başa vurub. Belə ki, boksçumuz Tayfur Əliyev yarışları bürünc medalla bitirib. Yarımfinal görüşündə rusiyalı Bəxtovar Nazirovla qarşılaşan 18 yaşlı idmançımız məğlub olaraq, üçüncülüklə kifayətlənib.

 

Bu nəticədən sonra Azərbaycanın aktivindəki medalların sayı 40-a çatıb.

 

Qeyd edək ki, I Avropa Oyunlarında artıq ümumilikdə 173 dəst medal öz sahibini tapıb.

 

 

Qılıncoynatma

 

Kişilər

Şpaqa

1. İvan Trevexo (Fransa)

2. Sergey Xodos (Rusiya)

3. Daniel Jeren (Fransa)

3. Bartos Piaseçki (Norveç)

 

Qadınlar

Rapira

1. Alise Volpi (İtaliya)

2. Yana Alborova (Rusiya)

3. Adelina Zaqidullina (Rusiya)

3. Valentina Kipriani (İtaliya)

 

Üzgüçülük

 

Qarışıq

4x100 metr sərbəst ötürmə

1. Rusiya

2. Böyük Britaniya

3. Almaniya

 

Kişilər

100 metr arxa üstə

1. Luk Qrinbank (Böyük Britaniya)

2. Filipp Şopin (Rusiya)

3. Marek Ulrix (Almaniya)

 

200 metr brass

1. Anton Çupkov (Rusiya)

2. Kirill Mordaşev (Rusiya)

3. Luk Deyvis (Böyük Britaniya)

 

1500 metr sərbəst

1. Nikolas D`Oriano (Fransa)

2. Ernest Maksumov (Rusiya)

3. Mark Hinavi (İsrail)

 

Qadınlar

400 metr sərbəst

1. Arina Openişeva (Rusiya)

2. Leoni Kullmann (Almaniya)

3. Anastasiya Kirpiçnikova (Rusiya)

 

200 metr batterflyay

1. Yulia Mrozinski (Almaniya)

2. Elisa Vidal Skarpa (İtaliya)

3. Boqlarka Boneç (Macarıstan)

 

100 metr sərbəst

1. Marrit Stenbergen (Hollandiya)

2. Arina Openişeva (Rusiya)

3. Mariya Kameneva (Rusiya)

 

200 metr arxa üstə

1. Polina Yeqorova (Rusiya)

2. Maksin Uolters (Almaniya)

3. Marina Koleşnikova (Ukrayna)

0