Bakı-2015: Qılıncoynadanlarımız 1/4 finalda dayandı - YENİLƏNİB
26.06.2015 - 08:54
Bakı-2015: Qılıncoynadanlarımız 1/4 finalda dayandı - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatmada komanda yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, qadınlar rapira və sablyada, kişilər şpaqada qüvvəsini sınayır.

 

Azərbaycan bu yarışlarda iki komanda ilə təmsil olunub. Sablyaçı qadınlardan ibarət yığmamız 1/4 finalda Rusiya ilə görüşüb. Millimiz bu matçda 19:45 hesabı ilə uduzaraq, yarımfinala yüksələ bilməyib.

 

Kişi şpaqaçılar da yarımfinala yüksələ bilməyərək, 1/4 finalda dayanıb. Rusiya ilə üz-üzə gələn komandamız 18:45 hesabı uduzub.

 

Yarımfinala yüksələ bilməyən yığmalarımı 5-ci yer uğrunda matçda qüvvəsini sınayıb. Hər iki komandamız Macarıstanla görüşüb. Kişilər 19:45, qadınlar isə 25:45 hesabı ilə uduzub. Bu məğlubiyyətlərin nəticəsində hər iki yığmamız 6 komanda arasında 6-cı yeri tutub.

 

26 iyun

Qadınlar, sablya

1/4 final

Azərbaycan – Rusiya – 19:45

Elmira Xudaverdiyeva – Tatyana Andryuşina – 0:5

Məryəm Məlikova – Anna Sivkova – 2:5

Samirə Hüseynova – Yana Zvereva – 2:5

Məryəm Məlikova – Tatyana Andryuşina – 1:5

Elmira Xudaverdiyeva – Yana Zvereva – 5:5

Samirə Hüseynova – Anna Sivkova – 2:5

Məryəm Məlikova – Yana Zvereva – 2:5

Samirə Hüseynova - Tatyana Andryuşina – 2:5

Elmira Xudaverdiyeva – Anna Sivkova – 3:5

 

5-ci yer uğrunda

Azərbaycan – Macarıstan – 25:45

Samirə Hüseynova - Reka Bohus– 0:5

Elmira Xudaverdiyeva – Bianka Bukoki– 2:5

Məryəm Məlikova – Anna Kun– 0:5

Samirə Hüseynova – Bianka Bukoki– 3:5

Məryəm Məlikova – Reka Bohus– 5:5

Elmira Xudaverdiyeva – Anna Kun– 8:5

Məryəm Məlikova – Bianka Bukoki– 1:5

Samirə Hüseynova – Anna Kun– 2:5

Elmira Xudaverdiyeva – Reka Bohus– 4:5

 

Kişilər, şpaqa

1/4 final

Azərbaycan – Rusiya – 18:45

Azər Tağıyev – Ilya Motorin – 5:3

Cavanşir Səfərov - Boris Saviç - 1:7

Cavanşir Ağakişiyev - Aleksandr Truşakov – 1:5

Cavanşir Səfərov - Ilya Motorin – 2:5

Azər Tağıyev – Aleksandr Truşakov – 1:5

Cavanşir Ağakişiyev - Boris Saviç -  3:5

Cavanşir Səfərov - Aleksandr Truşakov – 1::5

Cavanşir Ağakişiyev - Ilya Motorin – 3:5

Azər Tağıyev –Boris Saviç -  1:5

 

5-ci yer uğrunda

Azərbaycan – Macarıstan – 19:45

Cavanşir Ağakişiyev – Etel Ravaş – 1:5

Azər Tağıyev – Martin Singer – 2:5

Cavanşir Səfərov – Bençe Gemesi - 0:5

Cavanşir Ağakişiyev - Martin Singer - 1:5

Cavanşir Səfərov - Etel Ravaş – 2:5

Azər Tağıyev – Bençe Gemesi – 9:5

Cavanşir Səfərov - Martin Singer – 0::5

Cavanşir Ağakişiyev - Bençe Gemesi – 1:5

Azər Tağıyev – Etel Ravaş - 3:5

 

0