[b]Bakı-2015: Kim neçə medal qazanıb?[/b]
26.06.2015 - 22:03
[b]Bakı-2015: Kim neçə medal qazanıb?[/b]

Bakı-2015 I Avropa Oyunlarının XV günündə 23 dəst medalın sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması bu gün 6 dəfə mükafatçılar sırasına düşüb.

 

Yığmamızın üzvləri 3 qızıl, 3 bürünc əldə ediblər. Bununla, millimizin aktivindəki medalların sayı 52-yə çatıb. Təmsilçilərimiz arxada qalan 15 gün ərzində 18 qızıl, 14 gümüş və 20 bürünc mükafata yiyələnib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyur.

 

Düzdü, Almaniya daha çox – 59 dəfə idmançılarının fəxri kürsüyə qalxmasına sevinib. Lakin onlar bu nəticə ilə hətta heç ilk “üçlüy”ə də düşə bilmirlər. Çünki 16 qızıl, 8 gümüş və 16 bürünc medala yiyələnən Böyük Britaniya millisi dünən ələ keçirdiyi 3-cü pillədəki mövqeyində qalıb.

 

Siyahının aşkar lideri olan Rusiyanın hesabında 139 mükafat var. Bunların 69-u qızıl, 34-ü gümüş, 36-sı bürüncdü.

 

Rusiya, Azərbaycan və Böyük Britaniyanın ardından ilk “altılıq”da Almaniya, İtaliya və Belarus qərarlaşıb. Burda yeganə dəyişiklik İtaliyanın Belarusu qabaqlaması olub.

 

Oyunların 15-ci günü 2 ölkə üçün əlamətdar olub. Bu günə qədər qızıl medalı olmayan Gürcüstan və İsrail ilki rəsmiləşdirərək, çempionluq əldə ediblər. Bununla Avropa Oyunlarında himni səslənən ölkə sayı 28-ə çatıb.

 

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 15 günündə ümumilikdə 729 - 217 qızıl, 217 gümüş, 295 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 28-i çempionluq sevinci yaşayıb.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

69

34

36

139

2

Azərbaycan

18

14

20

52

3

Böyük Britaniya

16

8

16

40

4

Almaniya

14

14

31

59

5

İtaliya

10

20

9

39

6

Belarus

10

11

22

43

7

Macarıstan

8

4

8

20

8

Serbiya

8

4

2

14

9

Ukrayna

7

13

21

41

10

İspaniya

7

10

10

27

11

Fransa

7

9

16

32

12

İsveçrə

7

4

3

14

13

Hollandiya

6

10

7

23

14

Türkiyə

5

4

18

27

15

Belçika

4

3

2

9

16

Rumıniya

3

5

4

12

17

Portuqaliya

3

4

2

9

18

Polşa

2

7

8

17

19

Avstriya

2

6

4

12

20

Slovakiya

2

2

3

7

21

Litva

2

0

3

5

22

Gürcüstan

1

4

8

13

23

Xorvatiya

1

4

6

11

24

Yunanıstan

1

4

3

8

25

İsrail

1

3

6

10

26

İsveç

1

3

3

7

27

Sloveniya

1

1

1

3

28

Latviya

1

0

1

2

29

Bolqarıstan

0

3

4

7

30

Danimarka

0

2

4

6

31

Çexiya

0

1

4

5

32-34

Estoniya

0

1

2

3

 

İrlandiya

0

1

2

3

 

Moldova

0

1

2

3

35

San Marino

0

1

1

2

36-37

Ermənistan

0

1

0

1

 

Kipr

0

1

0

1

38-39 

Makedoniya

0

0

2

2

 

Norveç

0

0

2

2

40-42

Finlandiya

0

0

1

1

 

Kosovo

0

0

1

1

 

Monteneqro

0

0

1

1

 

0