Bakı-2015: İtaliya və Rusiya finalda, yığmamız İspaniyaya da uduzdu - YENİLƏNİB
27.06.2015 - 20:34
Bakı-2015: İtaliya və Rusiya finalda, yığmamız İspaniyaya da uduzdu - YENİLƏNİB

Bakı-2015 I Avropa Oyunlarında çimərlik futbolu yarışları həlledici mərhələyə qədəm qoyub. Apasport.az saytının məlumatına görə, bu gün finalçıların adlarına aydınlıq gələcək.

 

Əvvəlcə meydançaya 5-8-ci yerlər uğrunda mübarizə aparan komandalar çıxıb. Qrupda hər 3 oyununda məğlub olan Azərbaycan yığması İspaniya ilə qarşılaşıb. Uzun müddət hesabın açılmadığı görüşü millimiz məğlubiyyətlə başa vurub. Digər cütlükdə isə Ukrayna Macarıstana qalib gəlib.

 

Bununla da Azərbaycan yığması sabah 7-ci yer uğrunda Macarıstanla üz-üzə gələcək. Ukrayna ilə İspaniya isə öz aralarında 5-ci yerin sahibini müəyyənləşdirəcəklər.

 

Daha sonra yarımfinalçılar münasibətlərinə aydınlıq gətiriblər. İtaliya İsveçrəyə, Rusiya isə Portuqaliyaya qalib gəlib. Bu isə o deməkdi ki, azarkeşlər sabah Rusiya - İtaliya finalına şahidlik edəcəklər. Portuqaliya və İsveçrə isə bürünc medal uğrunda qarşılaşmada üz-üzə gələcəklər.

 

 

Çimərlik futbolu

27 iyun

 

5-8-ci yerlər uğrunda

Ukrayna – Macarıstan - 4:2

İspaniya – Azərbaycan - 3:1

 

Yarımfinal

İtaliya – İsveçrə - 7:4

Portuqaliya - Rusiya - 1:2

0