“Qəbələ”nin rəqibi məktəblilərə bilet payladı
01.07.2015 - 08:45
“Qəbələ”nin rəqibi məktəblilərə bilet payladı

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah “Qəbələ”ni qəbul edəcək Tiflis “Dinamo”sunun kapitanı Nika Çanturiya və klubun rəsmi nümayəndələri maraqlı addım atıblar. Apasport.az “Dinamo”nun rəsmi saytına istinadən xəbər verir ki, tiflislilər Tserovanidə qaçqınlar yaşayan qəsəbəyə baş çəkiblər.

 

Adıçəkilən qəsəbənin məktəbinə yollanan tiflislilər “Dinamo”nun atributlarını və klubun müxtəlif məhsullarını məktəblilərə hədiyyə veriblər. Bundan əlavə, onlara “Dinamo” – “Qəbələ” matçının biletlərini da paylanılıb. Klub məktəblilərin Tiflisə səfəri zamanı nəqliyyat və yemək xərclərini özü ödəyəcək.

 

Qeyd edək ki, “Dinamo” – “Qəbələ” matçının biletləri bu gün Gürcüstan vaxtı ilə 11:00-dan satışa çıxarılacaq. Sabah saat 19:00-a qədər satışı davam edəcək biletlərin qiyməti 5 laridi.

 

0