Ölkə kubokunda qeyri-adi hesab
01.07.2015 - 09:24
Ölkə kubokunda qeyri-adi hesab

Estoniya kubokunun 1/64 finalı qeyri-adi hesabla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yüksək liqada çıxış edən “Payde” aşağı dəstə təmsilçisi “Raudtitulised”lə qarşılaşmada azarkeşlərinə qol şousu göstərib.

 

Düzdü, qonaqlar ilk 6 dəqiqədə qapısını toxunulmaz saxlayıb. Amma bundan sonra onların müqavimətini qıran “Payde” 31:0 hesabı ilə qalib gəlib.

 

İlk yarıda 19 dəfə fərqlənən meydan sahibləri ikinci hissədə də rəqibə qarşı amansız olub. “Payde”nin futbolçusu Sander Roivassepp 9 qola imza atıb. O, artıq ilk yarıda 8 dəfə fərqlənib. Onun komanda yoldaşı Sander Sinilayd isə 8 qol vurub.

 

Qeyd edək ki, Estoniyada son illərdə digər qeyri-adi hesablara da təsadüf olunub. “Kuressaare” “Rapl Lokomotiv”i 20:0, “Tallinna İnfonet” isə “Virtsu”nu 36:0 hesabı ilə məğlub etmişdi.

 

0