[b]Rikardinyo: “Dinamo” daha çox “döyüşürdü”[/b]
02.07.2015 - 23:24
[b]Rikardinyo: “Dinamo” daha çox “döyüşürdü”[/b]

“Çətin oyun keçdi. Görüşə yaxşı başlamadıq. Xüsusən də, ilk 15 dəqiqədə istədiyimiz kimi oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dinamo” – “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın futbolçusu Rikardinyo deyib.

 

Müdafiəçi sözlərinə bu cür davam edib:

 

“Daha sonra oyun sistemimizi meydanda sərgilədik. Hücumda bacardığımızı nümayiş etdirdik. Rəqib meydanda azlıqda qalanda üstünlük bizə keçdi. Ancaq “Dinamo” daha çox “döyüşürdü”. Onlar yaxşı oynadılar və qələbə qazandılar. Bəlkə də, hesabı açsaydıq, 2-3 real qol vəziyyətini dəyərləndirsəydik, sevinən tərəf biz olacaqdıq. Səhvlərimiz üzərində işləməli və cavab görüşündə bunları etməməliyik. Növbəti mərhələyə çıxmaq şanslarımız var”.

0