[b]Çempionlar Liqası: Azərbaycan klubları üz-üzə![/b]
03.07.2015 - 08:29
[b]Çempionlar Liqası: Azərbaycan klubları üz-üzə![/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın “Telekom”, “Lokomotiv” və “Azərreyl” klubları rəqiblərini tanıyıblar.

 

Super Liqanın qalibi “Rabitə”nin xələfi olan “Telekom” kifayət qədər çətin qrupda yer alıb. Onlar mərhələ adlamaq üçün Türkiyə çempionu “Fənərbaxça”, həmçinin ulduz voleybolçuların cəmləşdiyi, ötən il “Rabitə”də oynayan Katarjina Skovronskanın da heyətində yer alacağı Polşa “İmpel”i  və Bundesliqanın qalibi “Dresdner”lə qüvvəsini sınayacaq.

 

Püşk Super Liqanın gümüş və bürünc mükafatçılarını, müvafiq olaraq “Lokomotiv” və “Azərreyl” isə bir-birinə rəqib edib. Buna “dəmiryolçular”ın “wild card”la yarışa qatılması səbəb olub. Onların mübarizə aparacağı A qrupunda Rusiya çempionu – Kazan “Dinamo”su və Almaniya çempionatının gümüş medalçısı “Stutqart”dı.

 

Qrup mərhələsinin oyunlarına oktyabrın 27-də start veriləcək və yanvarın 27-də başa çatacaq. Reqlamentə əsasən, qrupda ilk 2 pilləni tutacaq klublar pley-offa vəsiqə qazanacaq. Yarışın “Dördlər finalı” isə aprelin 9-10-na nəzərdə tutulub.

 

A qrupu

“Dinamo” (Kazan, Rusiya)

“Lokomotiv” (Azərbaycan)

“Azərreyl” (Azərbaycan)

“Stutqart” (Almaniya)

 

B qrupu

“Vakıfbank” (Türkiyə)

“Atom” (Polşa)

“Novara” (İtaliya)

“Kalsit” (Sloveniya)

 

C qrupu

“Əczaçıbaşı” (Türkiyə)

“Ximik” (Polşa)

“Kasalmaqqiore” (İtaliya)

“Agel” (Çexiya)

 

D qrupu

“Uraloçka” (Rusiya)

“Kann” (Fransa)

“Volero” (İsveçrə)

“Partizan” (Serbiya)

 

E qrupu

“Fənərbaxça” (Türkiyə)

“Telekom” (Azərbaycan)

“Dresdner” (Almaniya)

“İmpel” (Polşa)

 

F qrupu

“Dinamo” (Moskva, Rusiya)

“Le Kannet” (Fransa)

“Alba” (Rumıniya)

“Pyaçentsa” (İtaliya)

0