[b]“Yarımmüdafiəçilər həddindən artıq çox top itirdilər”[/b] - MÜSAHİBƏ
03.07.2015 - 10:10
[b]“Yarımmüdafiəçilər həddindən artıq çox top itirdilər”[/b] - MÜSAHİBƏ

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Monteneqronun “Mladost” klubu ilə qarşılaşan “Neftçi” qələbəni sona yaxın əldən verdi – 2:2. Nəticədə paytaxt təmsilçisi mövsümə heç-heçə ilə başladı. Oyundan sonra “ağ-qaralar”ın yeni transferi Melli jurnalistlərlə söhbətində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qarşılaşma barədə nə deyə bilərsiniz? Doğma meydanda niyə qələbə qazana bilmədiniz?

- Komandamız yaxşı mübarizə apardı. Sona 10 dəqiqə qalmış üstünlüyü əldən verdik. Halbuki, belə etməməli idik. Yarımmüdafiəçilər həddindən artıq çox top itirdilər. Rəqib də bundan yararlanıb, hesabı bərabərləşdirdilər.

 

- Matçın sonlarında üstünlüyünüzü əldən verməyiniz yorğunluqla bağlı idi?

- Heyətdə yer alanlar kifayət qədər cavan futbolçulardı. Oyunu yaxşı nəticə ilə bitirmək üçün bir qədər təcrübə lazım idi. Amma şansımız var. Hər şey ikinci oyunda bilinəcək.

 

- “Mladost”un keçiləsi rəqib olduğu fikri ilə razılaşırsınızmı?

- İnanıram, keçiləsi rəqibdi. Sadəcə, burdakı oyunu artıq unutmalıyıq.

 

- “Neftçi”də bu qədər gənc futbolçu ilə birgə çıxış edəcəyinizi gözləyirdinizmi?

- Bu, yaxşı haldı. Üstəlik, içlərilərində istedadlı futbolçular da var. Yavaş-yavaş hər şey düzələcək.

 

- Cavab oyunuöncəsi nə söz verirsiniz?

- İndi bir qədər sakitləşməliyik. Cavab oyununda mütləq qol vurub, gücümüzü müdafiəyə sərf etməliyik. Əvvəldən müdafiədə oturmaq olmaz. Qol vurmalıyıq, sonra arxaya çəkilməliyik.

 

0