“İnter” “Barselona”nın müdafiəçisi ilə anlaşdı
03.07.2015 - 21:30
“İnter” “Barselona”nın müdafiəçisi ilə anlaşdı

“Barselona”nın müdafiəçisi Martin Montoya Milan “İnter”inə keçib. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, futbolçu icarə əsasında “neradzurra”nın şərəfini qoruyacaq.

 

24 yaşlı oyunçu ilə anlaşmanın müddəti 2 illik nəzərdə tutulub.

 

Qeyd edək ki, Martin Montoya kataloniyalıların öz yetirməsidi və 2011-ci ildən əsas komandada çıxış edir.

 

Bu müddətdə o, 43 oyunda meydana çıxıb və 1 qola imza atıb.

0