“Bavariya” Di Mariyanı istəmir
04.07.2015 - 19:57
“Bavariya” Di Mariyanı istəmir

“Bavariya” “Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel Di Mariyanı transfer etmək istəmir. Apasport.az saytının məlumatına görə, bu barədə münhenlilərin baş məşqçisi Xosep Qvardiyola məlumat verib.

 

Almaniya mətbuatına danışan ispaniyalı mütəxəssis bunları deyib:

 

“Çili - Argentina matçını izləməyə ehtiyac yoxdu. Çünki Di Mariyanın oyun üslubuna bələdəm. "Mançester Yunayted" pis oyunçuya pul xərcləməz. O, çox əla futbolçudu. Lakin bizim onunla müqavilə imzalamaq niyyətimiz yoxdu”.

 

Qeyd edək ki, Argentina millisinin də üzvü olan hücumameyilli yarımmüdafiəçi ötən ilin avqustunda Madrid “Real”ından ayrılaraq, ingilislərlə 5 illik müqavilə bağlamışdı.

0