“Çelsi” Çexin əvəzləyicisini tapıb
04.07.2015 - 22:34
“Çelsi” Çexin əvəzləyicisini tapıb

Londonun “Çelsi” klubu komandadan ayrılaraq “Arsenal”a keçən Peter Çexin əvəzləyicisini tapıb. Apasport.az saytının “Daily Telegraph”a istinadən məlumatına görə, “zadəganlar” “Stok Siti”nin və Bosniya və Hersoqovina millisinin qapıçsı Asmir Beqoviçlə anlaşıb.

 

Keçidin gələn həftə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, 28 yaşlı qapıçı 2010-cu ildən “Stok Siti”nin formasını geyinir. O, bu müddətdə komanda ilə 160 oyunda meydana çıxıb və 1 qola imza atıb.

0