Roberto Karlos Del Pyeronun baş məşqçisi olacaq
05.07.2015 - 13:09
Roberto Karlos Del Pyeronun baş məşqçisi olacaq

Madrid “Real”ının və Braziliya milli komandasının keçmiş futbolçusu Roberto Karlos məşqçilik karyerasını Hindistanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son mövsümü Türkiyədə “Akhisar Bələdiyəspor”da keçirmiş Karlos “Dehli Dinamos” klubunu çalışdıracaq.

 

Bu barədə klubun rəsmi “tvitter” hesabından xəbər yayılıb.

 

Hələlik müqavilənin müddəti və maddi tərəfləri haqqında məlumat verilmir.

 

Qeyd edək ki, yaxın keçmişin əfsanə futbolçusu Alessandro Del Pyero da futbolçu karyerasını “Dehli Dinamos”da davam etdirir.

0