“Qarabağ” “Lokomotiv” üçün hazırlaşır - FOTO
05.07.2015 - 18:29
“Qarabağ” “Lokomotiv” üçün hazırlaşır - FOTO

“Qarabağ” Avstriyada təlim-məşq toplanışına davam edir. Apasport.az saytının məlumatına görə, Kössen qəsəbəsində hazırlıqlarını davam etdirən komanda “Styaua” ilə oyunda sonra günü 2 məşqlə keçirib.

 

Çalışmalarda bütün  futbolçular iştirak edib.  Ənənəvi vaxtlarda 11:00 və 18:45-də baş tutan çalışmalarda ümumi fiziki hazırlıq üzərində çalışılıb.

Qeyd  edək ki, komanda iyulun 7-də sonuncu yoxlama oyununa çıxacaq.

Ağdamlılar Moskva “Lokomotiv”i ilə qarşılaşacaq. Oyundan bir gün sonra isə komanda Bakıya qayıdacaq. (klub saytı)

0