[b]“Rudar” – “Qarabağ” oyununun vaxtı dəqiqləşdi[/b]
06.07.2015 - 08:32
[b]“Rudar” – “Qarabağ” oyununun vaxtı dəqiqləşdi[/b]

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi səfər oyununun başlanma vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Monteneqro çempionu “Rudar”la cavab qarşılaşması iyulun 22-də baş tutacaq.

 

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matç Petrovaç şəhərinin “Pod Malim Brdom” stadionunda keçiriləcək. Bu arena cəmi 1500 tamaşaçı tutumuna malikdi.

 

Qeyd edək ki, “Qarabağ”la “Rudar” arasında ilk oyun iyulun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:30-da start götürəcək.

0