Dieqo Forlan komandasını dəyişdi
06.07.2015 - 08:41
Dieqo Forlan komandasını dəyişdi

Uruqvay yığmasının hücumçusu Dieqo Forlan karyerasını ölkəsində davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, 36 yaşlı forvard “Penarol” klubu ilə anlaşıb.

 

Yaponiya komandası “Çerezo Osaka” ilə müqavilə müddəti başa çatan Forlan Montevideo təmsilçisi ilə artıq rəsmi müqaviləyə də qol çəkib. Yeni klubuna havayı başa gələn forvard “Penarol”da 10 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Dieqo Forlan karyerası ərzində “Mançester Yunayted”, “Vilyareal”, “Atletiko” və “İnter” kimi Avropa klublarında çıxış edib.

0