Marko van Basten yenidən Hollandiya yığmasında çalışacaq
06.07.2015 - 14:08
Marko van Basten yenidən Hollandiya yığmasında çalışacaq

Hollandiya futbolunun canlı əfsanəsi Marko van Basten özünə yeni iş yeri tapıb. Apasport.az saytı xəbər verir ki, o, bundan sonra Hollandiya millisində çalışacaq.

 

Qus Hiddinkin gedişindən sonra baş məşqçi postuna gətirilən Danni Blindin köməkçilərindən biri məhz van Basten olacaq. Yerli futbol federasiyası ilə 3 illik müqavilə imzalayan 51 yaşlı mütəxəssis avqustun 1-dən etibarən rəsmən fəaliyyətə başlayacaq.

 

Qeyd edək ki, Marko van Basten 2004-2008-ci illərdə Hollandiya yığmasını çalışdırıb.

0