İtaliya klubundan xorvatiyalı futbolçuya yeni təklif
06.07.2015 - 15:58
İtaliya klubundan xorvatiyalı futbolçuya yeni təklif

Yeni mövsümün planlarını quran İtaliyanın “İnter” klubu transfer çalışmalarını davam etdirir. Apasport.az saytı xəbər verir ki, “neradzurra” “Volfsburq”un xorvatiyalı futbolçusu İvan Perişiçlə yaxından maraqlanır.

 

Milanlılar 26 yaşlı oyunçunu nəyin bahasına olursa-olsun, almaq niyyətindədilər. “İnter” bu keçidin baş tutması üçün 17 milyon avro xərcləməyə hazırdı.

 

İtalyanların 15 milyonluq ilk təklifini “Volfsburq” rəhbərliyi geri çevirmişdi.

 

Qeyd edək ki, 2013-cü ildən “Volfsburq”un formasını geyinən Perişiç Bundesliqanın son mövsümündə 24 oyunda 5 qola imza atıb.

 

 

0