David De Xea seçimini etdi
06.07.2015 - 16:41
David De Xea seçimini etdi

“Mançester Yunayted”in qapıçısı David De Xea kollektivə qoşulub. Apasport.az saytı xəbər verir ki, ispaniyalı qolkiper komanda ilə birlikdə məşqlərdə iştirak edir.

 

Ancaq 24 yaşlı qapıçı karyerasını “Real”da davam etdirməkdə israrlıdı. Bugünkü məşqdən sonra baş məşqçi Lui van Qalla görüşən De Xea “Real”a keçməsi üçün ondan icazə istəyib. Hollandiyalı mütəxəssis razılıq versə, bu keçid yaxın günlərdə rəsmiləşəcək.

 

Qeyd edək ki, David De Xeanın transfer qiyməti 40 milyon avro dəyərindədi.

0