[b]“Kəpəz”dən daha bir transfer[/b]
07.07.2015 - 10:38
[b]“Kəpəz”dən daha bir transfer[/b]

Yeni mövsümdə Topaz Premyer Liqasında çıxış edəcək “Kəpəz” təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumat görə, Gəncə təmsilçisi daha bir futbolçunun keçidini rəsmiləşdirib.

 

“Kəpə” rəhbərliyi “Sumqayıt”dan Budaq Nəsirovu bir illik icarəyə götürüb. 19 yaşlı yarımmüdafiəçi “sarı-göylər”in heyətinə qatdığı 17-ci, icarəyə götürdüyü 3-cü futbolçu olub.

 

Nəsirovdan öncə “Qarabağ”dan Şəhriyar Əliyev və Tərlan Quliyev icarə əsasında “Kəpəz”ə keçmişdilər. 

0