[b]“Xəzər Lənkəran”ın sabiq hücumçusu: Dualarım qəbul olundu[/b]
07.07.2015 - 16:11
[b]“Xəzər Lənkəran”ın sabiq hücumçusu: Dualarım qəbul olundu[/b]

Samuel Eto`Onun keçidini rəsmiləşdirən “Antalyaspor” klubu daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqaya yüksələn komanda vaxtilə Azərbaycan çempionatında çıxış etmiş hücumçu ilə güclənib.

 

Söhbət 2013-14 mövsümünü “Xəzər Lənkəran”da keçirmiş kamerunlu futbolçu Etame Mbilladan gedir. 27 yaşlı forvard “Samsunspor”dan ayrılaraq, Antalya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

 

Yeni klubu ilə bağlı danışan Mbilla ilk dəfə Superliqada çıxış edəcəyi üçün həyəcanlı olduğunu qeyd edib: “Antalyaspor”la müqavilə bağladığım üçün xoşbəxtəm. Motivasiyam yüksəkdi. İlk dəfə Türkiyə Superliqasında çıxış edəcəm. İnşallah, “Antalyaspor” yeni mövsümdə də özünü yaxşı tərəfdən göstərəcək”.

 

Mbilla həmyerlisi Eto`O barədə də fikirlərini bölüşüb: “Onu çox sevirəm. Eto`O mənim böyük qardaşımdı, eyni ölkədənik. Onunla bir yerdə oynamaq üçün dua edirdim. Allaha şükür, dualarım qəbul olundu. Çox xoşbəxtəm”. 

0