Bosniya və Herseqovina yığmasının hücumçusu rəsmən “Qəbələ”də - FOTO
27.07.2015 - 15:03
Bosniya və Herseqovina yığmasının hücumçusu rəsmən “Qəbələ”də - FOTO

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunadək 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan “qırmızı-qaralar” daha bir transferi reallaşdırıb.

 

Komanda bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Qəbələ”yədək vətənində “İskra” (Buqoyno, 2006-2007), Xorvatiyada “Sibenik” (2007-2010) və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub.

 

2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

0